AZ

Çində sürücüsüz polis patrul maşını xidmətə başlayıb

Yazını böyüt
Yazını kiçilt

Çin yeni texnologiya sahəsində yenidən dünyanı təəccübləndirib.

Hafta.az-ın yazdığına görə, Hefey Yüksək Texnologiyalar İnkişaf Zonasında (Anhuy əyaləti) sürücüsüz polis patrul maşını xidmətə başlayıb.

Avtomobil təyin olunmuş ərazidə müntəzəm olaraq patrul xidməti həyata keçirir və "pilotsuz idarəetmə + yol sensorları + uzaqdan müdaxilə" xidmət modelini tətbiq edir.

Patrul maşını panoramik kameralar və bort sensorları ilə təchiz olunub. O, planlaşdırılmış marşrutu izləyir, uzaqdan səsli bildirişlər verir, qayda pozuntuları barədə xəbərdarlıq edir, real vaxt rejimində yol hərəkəti məlumatlarını ötürür. Bu, yollarda polisin iştirakını artırır və hadisələrə reaksiyanı yaxşılaşdırır, sakinlər üçün təhlükəsiz və mütəşəkkil şəhər mühiti yaradır.

Seçilən
22
hafta.az

1Mənbələr