AZ

Mqer Qriqoryan: "Azərbaycan neft məhsullarının idxalı üçün imkanlar var"

"Azərbaycandan Ermənistana neft və neft məhsullarının ixracı məsələsi bu yaxınlarda müzakirə olunub".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan İrəvan və Bakının Azərbaycandan yanacaq idxalı ilə bağlı artıq razılığa gəlib-gəlmədiyi ilə bağlı jurnalistlərin sualına cavab olaraq bildirib.

"Bəli, müzakirələr aparılıb və əməkdaşlıq üçün imkanlar var", - deyə o qeyd edib.

Azərbaycan yanacaq idxalının hansı həcmdə olacağı, hansı Ermənistan şirkətlərinin Azərbaycandan neft almaq niyyətində olduğu, Azərbaycanın Ermənistana neft və neft məhsullarını hansı qiymətə satılacağı ilə bağlı suallara isə dəqiq cavab verməyib.

"Yanacaqla bağlı gələcək addımlar artıq özəl ixracatçılar və idxalçılar arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir, mümkün razılaşmaların şərtləri isə bazar mexanizmləri ilə müəyyən ediləcək", - deyə o bildirib.

Seçilən
21
3
bakivaxti.az

10Mənbələr