Qaynarinfo saytına istinadən ain.az xəbər verir.
Bakıda fəaliyyət göstərən "Diamond” gecə klubunda oğurluq baş verib.
Qaynarinfo-nun məlumatına görə, klubda müştərilərdən biri tanışının bank kartından 220 manat pul çıxarıb. Bu işdə ona başqa bir tanışı da yardım edib.
Zərəçəkmişin şikayəti əsasında hər iki şəxs saxlanılıb. Onlara Cinayət Məcəlləsinin 177.2.1-ci (Oğurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.3-1-ci (Oğurluq - elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Cinayət işinə Səbail Rayon Məhkəməsində hakim Şəhla Süleymanovanın sədrliyi ilə baxılıb. Məhkəmənin hökmü ilə hər iki şəxs 1 il 5 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Seyid
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.