Bakı. Trend:
Françesko Açerbi əzələ zədəsi səbəbindən bu il bir dahaoynamayacaq.
Trend xariciKİV-ə istinadən xəbər verir ki, "İnter"in müdafiəçisi ÇempionlarLiqasında "Liverpul"a qarşı keçirilmiş matçda (0:1) aldığı zədəsəbəbindən sıradan çıxıb.
37 yaşlı italyan futbolçu həmin matçın 31-ci dəqiqəsindəməcburiyyətdən əvəzlənib.
Açerbi 2025/2026 mövsümündə bütün yarışlarda 12 oyunda birməhsuldar ötürmə edib.