Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 5 012,8 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,6% artıb.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə neft məhsullarından mazut istehsalı 2,1 dəfə, neft koksunun istehsalı 25,8%, qazoylların (dizel yanacağının) istehsalı 18,4%, ağ neft istehsalı 14,3%, avtomobil benzinin istehsalı10,9% artıb.
Məlumata görə, hesabat dövründə neft bitumu istehsalı 5,1%, sürtkü yağları istehsalı isə 48,3% azalıb.
Azərbaycanda istehsal olunan neftməhsulları:
| Məhsul növləri | 2025-ci ilin yanvar-noyabr aylarında istehsal edilib | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə | 01.12.2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı |
| Avtomobil benzini, min ton | 1 342,2 | 110,9 | 79,2 |
| Ağ neft, min ton | 634,4 | 114,3 | 18,6 |
| Qazoyllar (dizel yanacağı), min ton | 2 329,1 | 118,4 | 142,7 |
| Mazut, min ton | 58,7 | 2,1 d. | 1,4 |
| Sürtkü yağları, min ton | 32,8 | 51,7 | 1,1 |
| Maye qazlar, min ton | 206,7 | 124,3 | 3,0 |
| Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton | 684,4 | 70,5 | 49,2 |
| ondan: neft bitumu, min ton | 225,6 | 94,9 | 6,6 |
| neft koksu, min ton | 218,6 | 125,8 | 41,9 |