AZ

Makqreqordan sevənlərinə müjdə: 5 il öncəki təklifi reallaşır

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Keçmiş UFC ikiqat çempionu Konor Makqreqor Di Devlinlə evlənir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Irish Independent” qəzeti məlumat yayıb.

“Mərasimin Vatikan ərazisində, Müqəddəs Pyotr Bazilikasının yanında yerləşən Santo Stefano degli Abiçini kilsəsində keçirilməsi planlaşdırılır”, – deyə bildirilib.

Dörd övladı olan Makqreqor və 38 yaşlı Devlinin özəl katolik mərasimi istədikləri bildirilir.

Vatikan mənbələri  tədbir üçün kilsənin sifariş edildiyini təsdiqləyib. Lakin Vatikanın sözçüsü Matteo Bruni Makqreqorun iştirak etdiyi hər hansı bir toy mərasimindən xəbərsiz olduğunu deyib.

Qeyd edək ki, dekabrın 1-də idmançı dördüncü uşağının dünyaya gəldiyini elan edib. Cütlük 2008-ci ildə gecə klubunda tanış olub. 2020-ci ildə Makqreqor Devlinə evlilik təklifi edib.

Günel Cəlil

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
globalinfo.az

1Mənbələr