AZ

Luvr fəaliyyətini dayandıra bilər

Dünyanın ən çox ziyarət olunan muzeyi sayılan Luvrun Milad bayramı ərəfəsində bağlanması ehtimalı yaranıb.

Far.Az xəbər verir ki, buna səbəb muzey əməkdaşlarının tətil qərarı ilə bağlı hazırlıqlarıdır.

Artıq Luvrun təxminən 200 əməkdaşı 15 dekabrdan etibarən müddətsiz tətilə çıxmaq üçün yekdil şəkildə razılıq verib.

Onlar Fransanın Mədəniyyət Nazirliyinə göndərdikləri müraciətdə muzey binasında təcili təmir və yenidənqurma işlərinin aparılmasını, eyni zamanda iş şəraitinin yaxşılaşdırılmasını tələb ediblər. Əgər muzeyin 2100 əməkdaşının hamısı bu addımı dəstəkləsə, Luvrın fəaliyyəti məcburi şəkildə dayandırıla bilər.

Qeyd edək ki, 19 oktyabrda Luvrda baş vermiş oğurluq hadisəsi də geniş rezonans yaratmışdı. Cəmi yeddi dəqiqə ərzində muzeyə daxil olan şəxslər imperator Napoleonun kolleksiyasına aid 9 qiymətli əşyanı ələ keçiriblər. Oğurlanan eksponatların ümumi dəyəri 102 milyon avro olaraq qiymətləndirilib. Hadisə ilə bağlı dörd şübhəli saxlanılıb.

Seçilən
15
far.az

1Mənbələr