AZ

Bakının bir sıra yollarında nəqliyyat sıxlığı var – FOTO 

Bakının bir sıra əsas yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.

Doğru.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda sıxlıq olan ərazilər aşağıdakılardır:

8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

Babək prospekti, mərkəz istiqamətində;

Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətinə;

1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətinə;

Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində.

Sürücülərə alternativ yolları seçmək və hərəkətdə diqqətli olmaq tövsiyə olunur.

DOĞRU.AZ

image-yu4ioxwwlppurybchozhin4jpk4xlhalq5gyclja_1200 image-t8zkhzantdxwgm3v9fcbgvnco3r6gcmzeuzewqpu_640 image-dfgxtthtomy2dzhmdqcqcokpcby74vakuqsidpav_640 image-oemc6xwccaihh7vsjph4b2n3vq8slppsh5qowajb_640 image-hbgw1qidi6yj362o4lbynqqjjoyde0etvqaged52_640 image-8dvpekxcr6auvpchvyrzdz0cxdyqvidt7gwgbcrd_640 image-3nsvafcy3l5wpjxxtctkygb2xinafnzxskrwqdbu_640 image-3o2xlj8i1mg49bdvquirnp2vsbou0igl4ocj0npn_640

Seçilən
18
49
dogru.az

10Mənbələr