Peşə təmayüllü siniflərdə tədrisin təşkilinə dəstək göstərilməsi xidmətlərinə 195 467 AZN sərf olunacaq.
Pravda.az-ın xəbərinə görə, bu xidmətləri “Mədəd Azərbaycan” MMC göstərəcək.
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi və şirkət arasında müqavilə bağlanıb. Burada “bir mənbə metodu”ndan istifadə olunub, yəni müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
Cabir
Tarix: 12 Dekabr 2025, 13:45