AZ

Ahmet Çakardan üzücü xəbər

BAKI, 12 dekabr. TELEQRAF

Mərc oyunlarında iştirak etməsi ilə bağlı istintaqa cəlb olunan Türkiyənin sabiq hakimi və şərhçisi Ahmet Çakar yenidən infarkt keçirib.

Teleqraf TGRT Haber-ə istinadən xəbər verir ki, Çakar bu gün infarkt şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Ahmet Çakarın sağaldıqdan sonra məhkəməyə gətiriləcəyi gözlənilir.

Daha əvvəl İstanbul Baş Prokurorluğu tərəfindən aparılan mərc qalmaqalı ilə bağlı istintaq çərçivəsində saxlanılan Çakar İstanbul Təhsil və Araşdırma Xəstəxanasına aparılmış və anji edilmişdi. Müalicəsinin ardından o, dekabrın 10-da xəstəxanadan evə buraxılmışdı.

Seçilən
20
teleqraf.com

1Mənbələr