AZ

Laçın Hava Limanı və Xankəndidə giriş-çıxış qeydiyyatı üçün 2.4 milyon manat ayrıldı

Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunukasiya İdarəsi Laçın Hava Limanı və Xankəndidə "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi (İAMAS) üzrə sərhəd nəzarəti və sənəd fərdiləşdirmə sistemlərinin quraşdırılması üçün avadanlıq, lisenziya və proqram-texniki təminatın satın alınması məqsədilə tender elan edib.

Avtosfer.az xəbər verir ki, tenderin ehtimal olunan dəyəri 2 milyon 453 min 347.6 manat təşkil edir.

Tenderə yanvarın 14-də yekun vurulacaq.

Seçilən
26
1
avtosfer.az

2Mənbələr