AZ

Tokayev Xəzər dənizi ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış etdi

"Qazaxıstan Xəzər dənizinin dayazlaşmasının qarşısını almaq məqsədilə xüsusi dövlətlərarası proqram təşəbbüsü ilə çıxış edib".

Avtosfer.az-ın "Sputnik Qazaxıstan"a istinadən xəbərinə görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aşqabadda keçirilən "Beynəlxalq sülh və etimad ili - 2025" forumunda çıxışı zamanı bildirib.

Tokayev suyun qorunmasının və rasional istifadəsinin strateji və həyati əhəmiyyətli prioritetə ​​çevrildiyini vurğulayıb.

Xəzər dənizinin mövcud durumundan danışan Qazaxıstan prezidenti qeyd edib ki, hazırkı dayazlaşma templəri ilə bu təhlükəli proses geridönməz hala gələ bilər:

"Bu, qaçılmaz olaraq ekoloji, sosial-iqtisadi və hətta siyasi nəticələrə səbəb olacaq zəncirvari reaksiyaya gətirib çıxara bilər. Qazaxıstan ekosistemin məhv edilməsinin və Xəzər dənizinin dayazlaşmasının qarşısını almağa yönəlmiş xüsusi dövlətlərarası proqram təşəbbüsü ilə çıxış edib. Bütün beynəlxalq ictimaiyyəti bu unikal su hövzəsini qorumaq istiqamətində səylərimizi dəstəkləməyə çağırırıq".

O əlavə edib ki, ümumilikdə su diplomatiyası sıx dövlətlərarası koordinasiya tələb edir.

Seçilən
28
2
avtosfer.az

3Mənbələr