AZ

İsa Həbibbəyli: Ramiz Mehdiyevin hərəkətləri onun AMEA-nın həqiqi üzvü qalmasına imkan vermir

Ramiz Mehdiyevin etdiyi hərəkətlər onun Akademiyanın həqiqi üzvü olaraq qalmasına imkan vermir.

Aznews.az xəbər verir ki, bunu AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, AMEA-da Ramiz Mehdiyevin üzvlük məsələsinə baxılacaq və lazımi qiymət veriləcək: “Bu məsələdə akademiyanın konkret mövqeyi var. Ramiz Mehdiyevin Azərbaycan müstəqil dövlətçiliyinə qarşı etdiyi hərəkətlər, barəsindəki ittihamlar onun akademiyanın üzvü olaraq qalmasına qətiyyən imkan vermir. Məsələyə Akademiyada baxılacaq və lazımi qərar qəbul ediləcək”.

Qeyd edək ki, hazırda Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Seçilən
25
17
aznews.az

10Mənbələr