Bakı. Trend:
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azadedilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Trend-inQarabağ bürosunun xəbərinə görə, Qayıdış proqramının davamı olaraqAğdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yolasalınıb.
Bu mərhələdə Həsənriz kəndinə 16 ailə olmaqla 74 nəfərköçürülür.
Həsənriz kəndinə köç edən ailələr Tərtər rayonundan yolasalınıb. Kəndlərə köç edənlər respublikanın müxtəlif yerlərində,əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqətiməskunlaşmış ailələrdir.