Reyting.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Rusiya ordusu Donetsk vilayətinin Mirnoqrad yaxınlığında irəliləyib.
Reyting.az xəbər verir ki, bu barədə Ukraynanın “DeepState” monitorinq layihəsinin analitikləri bildiriblər.
Qeyd olunur ki, rus ordusu Volodimirivka, Pankivka və Novoekonomiçnoda, eləcə də Mirnoqrad və Sofiyevka yaxınlığında irəliləyiblər.
“DeepState” həmçinin əlavə edib ki, Kapitalna mədənindəki təmas xətti dəqiqləşdirilib.
Hərbi ekspert Mixail Jiroxov hesab edir ki, Ukrayna müdafiə qüvvələrinin Donetsk bölgəsindəki Pokrovsk və Mirnoqraddan kənarda digər mövqelərə çəkilməsi zaman məsələsidir.
Onun sözlərinə görə, bu şəhərlər uğrunda döyüşlər Rusiya qüvvələrinin say üstünlüyünün nəticəsidir və burada əlverişli hava şəraiti də rol oynayır.
E. KAMAL
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.