ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
“Keçmiş qondarma rejimin İrəvandakı “nümayəndəliyi” ilin sonuna kimi bağlana, bina müsadirə oluna bilər”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Jovoxurd” nəşri məlumat yayıb.
Məlumatda qeyd edilir ki, prosesin ilin sonuna qədər baş verib-verməyəcəyi məlum deyil, amma qondarma “nümayəndəliyi” sürprizlər gözləyir.
Bundan başqa, proses çərçivəsində ilk hədəf “artsax”ın 5-ci “lideri” Samvel Şahramanyandır.
Qeyd edək ki, ötən gün Ermənistan İstintaq Komitəsi keçmiş qondarma rejimin İrəvandakı “nümayəndəliyi”ndə axtarış aparıb. Bununla bağlı göstərişin Baş nazir Nikol Paşinyandan gəldiyi vurğulanır.
Safura Bənnayeva
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.