AZ

Abubakarın milliyə çağırılmama səbəbi – Eto imkan vermir

“Neftçi”nin hücumçusu Vensan Abubakarın Kamerun millisindən kənarda qalmasının səbəbi müəyyənləşib.

Msport.az xəbər verir ki, ulduz futbolçunun Afrika Millətlər Kuboku üçün heyətə çağırılmamasını Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto tapşırıb.

Məsələ burasındadır ki, hazırda Kamerun millisi tarixinin ən məhsuldar futbolçusu 56 qolla məhz Etodur. Ona ən yaxın isə aktivində 45 qol olan Abubakardır. Əfsanəvi Eto “Neftçi”nin forvardının bu rekordu qırmaması üçün onun milliyə çağırılmasını əngəlləyib.

Eto bir həftə əvvəl baş məşqçi Mark Brisi istefaya göndərərək, yerinə müvəqqəti olaraq David Paqounu gətirib. Halbuki Bris Afrika Millətlər Kuboku üçün Kamerun İdman Nazirliyinə göndərdiyi siyahıya Abubakarı da əlavə etmişdi. Lakin federasiya tərəfindən hazırlanan yeni siyahıda Abubakarın adı yoxdur. Rəsmi siyahını göndərmək üçün son tarix isə bu gündür. Federasiya ilə hökumət hazırda Abubakarla bağlı yaranmış qarışıqlığı həll etməyə çalışır.

Qeyd edək ki, Vensan Abubakar oktyabrda “Neftçi”yə keçib və “ağ-qaralar”la mövsümün sonuna qədər müqavilə bağlayıb.

Seçilən
32
msport.az

1Mənbələr