AZ

Rusiya məhkəməsi Putinin tutulmasına order verən BCM-in prokuroruna qiyabi 15 il həbs cəzası verib

Rusiya məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsinin (Haaqa tribunalı) doqquz vəzifəli şəxsi barədə qərar çıxarıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, Kərim Xan da daxil olmaqla, məhkəmənin doqquz vəzifəli şəxsi qiyabi olaraq 15 ilə qədər həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, BCM-in prokuroru Kərim Xan Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verib. O, barəsində istintaq başa çatana qədər istefa verib.

Seçilən
75
apa.az

1Mənbələr