AZ

Trampın “Qızıl günbəz” layihəsi 1 trilyon dollardan çox pul aparacaq – KİV


“Qızıl Günbəz” raketdən müdafiə sistemi ABŞ Prezidenti Donald Trampın qiymətləndirdiyi kimi 175 milyard dollara deyil, 1,1 trilyon dollara başa gələcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi ekspert hesablamalarına istinadla məlumat yayıb.
Belə ki, ekspertlər həm ABŞ administrasiyasının 2029-cu ilə qədər “Qızıl Günbəz”in istismara verilməsi vədlərini, həm də xərcləri 175 milyard dollarla məhdudlaşdırmaq planlarını qeyri-real adlandırıblar. Ekspertlərin hesablamalarına görə, 1,1 trilyon dollarlıq rəqəm Trampın bəyan etdiyi xərcləri 500%-dən çox üstələyə bilər.
Agentliyin məlumatına görə, hesablamalar silah və müdafiə sistemlərinin qiymətinə əsaslanır, əməliyyat xərclərini, tədqiqat xərclərini və personal xərclərini əhatə etmir.
Bildirilir ki, bu amillər nəzərə alındıqda, layihənin ümumi dəyəri xeyli yüksək ola bilər.
Agentlik həmçinin yalnız bir düşmənin tammiqyaslı hücumunu dəf etmək üçün hazırlanmış daha məhdud raketdən müdafiə sisteminin qiymətini hesablayaraq, hətta bu variantın belə 844,4 milyard dollar tələb edəcəyini qeyd edib.
Seçilən
25
1
yeniavaz.com

2Mənbələr