2024-cü ildə Avroviziya Mahnı Müsabiqəsinin qalibi olan isveçrəli ifaçı Nemo, İsrailin müsabiqədə iştirakını əsas gətirərək mükafatdan imtina edib.
Doğru.az xəbər verir ki, Nemo bu barədə sosial media hesabında açıqlama verib.
İfaçı yazıb: “Keçən il Avroviziyada qalib gəldim və bunun üçün kubok aldım… Amma bu gün artıq o kubokun mənim rəfimdə olduğunu hiss etmirəm”. Onun sözlərinə görə, İsrailin “Eurovision”dakı iştirakı müsabiqənin idealları ilə Avropa Yayım Birliyinin verdiyi qərarlar arasında açıq-aşkar ziddiyyət təşkil edir.
Qeyd edək ki, bundan əvvəl İrlandiya, İspaniya, Sloveniya və Hollandiya da “Eurovision 2026”dan imtina etmək qərarına gəlmişdi. Bu hadisələr müsabiqədə iştirak və siyasi məsələlər ətrafında müzakirələri yenidən gündəmə gətirib.
DOĞRU.AZ