ain.az, Xalqcebhesi saytına istinadən bildirir.
Həbslərindən bir ay keçən dörd Azərbaycanlı fəal Abbas Lisani, Behzad Dəşti, Əli Xeyrcu və Yusif Kari hələ də Evin həbsxanasında saxlanılırlar.
Gunaz.tv
Abbas Lisani və Əli Xeyrcu bu zamana qədər 3 dəfə ailələri ilə telefon vasitsilə əlaqə saxlaya bilsələr də Yusif Kari bu günə qədər bu hüquqdan istifadə edə bilməyib.
Xatırladaq ki, adı çəkilən fəallar 13 noyabr 2025-ci ildə Evin həbsxanası qarşısında keçirdikləri dinc oturaq eyləm zamanı saxlanılıblar. Onlar 18 noyabr tarixində Kəşfiyyat İdarəsinin 209 saylı təcridxanasına köçürülüblər.
Fəalların verdikləri məlumata görə, onlar saxlanılan zaman təhlükəsizlik işçiləri tərfindən şiddət və döyülmələrə məruz qalıblar.f
Qeyd edək ki, fəallara qarşı "Qanunsuz qrup yaratmaq və ona rəhbərlik etmək", "Milli təhlükəsizliyə qarşı toplaşmaq və gizli əməkdaşlıq etmək" və "İctimai asayişi pozmaq" ittihamları qaldırılıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.