AZ

ABŞ Maduronun ailəsini qaraladı Xanımı və qardaşı uşaqlarına sanksiya tətbiq olundu

ain.az, Mia.az saytına istinadən bildirir.

ABŞ  Venesuela prezidenti Nikolas Maduronun ailə üzvlərinə sanksiya tətbiq edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi bəyanat yayıb.

Bildirilib ki, Nikolas Maduronun həyat yoldaşı Cilia Flores başda olmaqla, onun  üç qardaşı oğlu, həmçinin Venesuelanın neft sektorunda fəaliyyət göstərən altı gəmiçilik şirkəti "qaralanıb".

Məlumatda deyilir ki, adıçəkilənlər ölkənin neft hasilatından tutmuş daşınmasına qədərki bütün prosesləri əllərində cəmləyiblər.

Bəyanatda o da xatırlanıb ki, Maduronun həyat yoldaşı Cilia Floresin iki qardaşı oğlu 2015-ci ildə Haitidə yüzlərlə kiloqram kokainin ABŞ-a daşınması ilə "iş"i üzrə saxlanılıb: "Onlar 2016-cı ildə narkotik qaçaqmalçılığında ittiham olunsalar da, 2022-ci ildə ABŞ-ın keçmiş prezidenti Co Bayden tərəfindən əfv ediliblər".

Bəyanatda həmçinin qeyd olunur ki, sanksiyalar altında olan üçüncü qardaşı oğlu Venesuelanın milli xəzinədarı və dövlət neft şirkəti PDVSA-nın vitse-prezidenti vəzifəsində çalışır və ilk dəfə 2017-ci ildə sanksiya siyahısına salınıb, lakin 2022-ci ildə siyahıdan çıxarılıb: "İndisə onlara qarşı daha sərt sanskiaya tətbiq edildi...".

Samir Musayev

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
mia.az

1Mənbələr