AZ

Müdafiə Nazirliyinin rəhbərliyi Ulu Öndərin məzarını ziyarət edib

Dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günündə Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib.

Bu barədə Herbiand.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyulub, xatirəsi dərin hörmət və ehtiramla yad olunub. Nazirliyin rəhbər heyəti daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı üzərinə gül dəstələri düzərək xatirəsinə ehtiram nümayiş etdirib.



Seçilən
16
18
herbiand.az

10Mənbələr