Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp Venesueladan gələn narkotik qaçaqmalçılığının qarşısını almaq üçün Karib dənizində apardıqları əməliyyatlarla yanaşı, tezliklə qurudan da hücumlar edəcəklərini söyləyərək, təhdidlərini təkrarlayıb.
Ağ Evdə keçirdiyi imza mərasimindən sonra jurnalistlərin cari məsələlərlə bağlı suallarını cavablandıran Tramp neft tankerinin ələ keçirilməsinin sanksiyalarla əlaqəli olduğunu eyham edərək detib:"Bu, bir çox şeylə bağlıdır. Bu səbəblərdən biri də milyonlarla insanın ölkəmizə girməsinə icazə vermələridir".
Tramp daha sonra Venesuellaya mümkün quru hücumu ilə bağlı danışıb.
"Əgər (Venesueladan) narkotik qaçaqmalçılığına baxsanız, dəniz yolu ilə narkotik qaçaqmalçılığı 92 faiz azalıb. İndi biz də qurudan hücumlara başlayacağıq. Bu, çox tezliklə başlayacaq", -deyə o, qeyd edib.
"AzPolitika.info"
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.