AZ

Yaponiyada 6,7 bal gücündə zəlzələ qeydə alındı

Yaponiyanın Aomori prefekturası yaxınlığında güclü zəlzələ baş verib.

Doğru.az xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, yeraltı təkanların maqnitudası 6,7 bal olub.

Zəlzələnin episentri yer səthindən 18 kilometr dərinlikdə yerləşib. Hadisə bölgədə ciddi narahatlıq yaradıb.

Qeyd edək ki, dekabrın 8-də Aomori prefekturasında baş verən digər güclü zəlzələ nəticəsində təxminən 4000 ev işıqsız qalmış, 30 nəfər isə xəsarət almışdı.

Hazırda bölgədə seysmoloji vəziyyət nəzarətdə saxlanılır.

DOĞRU.AZ

Seçilən
28
dogru.az

1Mənbələr