GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Ermənistanın Baş naziri Nikol Paşinyan Hamburqa səfəri zamanı erməni icmasının nümayəndələri ilə görüşündə Qarabağ ermənilərinin qayıdışı məsələsi ilə bağlı suallara kəskin cavab verib.
Globalinfo.az bildirir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Nəşr iddia edir ki, Paşinyan görüş zamanı Qarabağ ermənilərinin qayıdışı məsələsinin Qərbi azərbaycanlıların öz yurdlarına geri dönüşü iddiası ilə qarşılıqlı şəkildə birdəfəlik bağlanmasına çalışdığını deyib.
Baş nazir bu mövzunun gündəmə gətirilməsinin çox təhlükəli olduğunu söyləyib.
“Hraparak” yazır ki, Paşinyan Hamburqdan Rusiyaya səfərə yola düşdüyü müddətdə, yəni hələ heç Ermənistana qayıtmamışdan bir sıra yeni tapşırıqlar verib. Onun birbaşa göstərişi ilə ötən gün keçmiş qondarma rejimin İrəvandakı nümayəndəliyində xüsusi xidmət orqanları gözlənilməz axtarış aparıblar. Lakin nəyin axtarıldığı, bunun hansı məqsədlə keçirildiyi açıqlanmayıb.
Ermənistan İstintaq Komitəsi də axtarışın təfərrüatlarını və səbəbini açıqlamaqdan boyun qaçırıb. “Hraparak” gizli mənbələrdən əldə etdiyi məlumata əsasən, əslində “artsax” İnvestisiya Fondu ilə bağlı bəzi sənədlərin axtarıldığını iddia edib. Lakin hüquq mühafizə xidmətinin əməkdaşları heç nə tapmayaraq binadan ayrılıblar.
Maraqlıdır ki, keçmiş qondarma rejimin “prezidenti” Samvel Şahramanyanın hələ 2024-cü ildə “şəffalığın təmin olunması” məqsədilə özünün istintaq orqanlarına müraciət ünvanlayaraq onları fondun sənədlərini yoxlamağa dəvət etdiyi bildirilir. Lakin bu addımın məhz indiki məqamda Paşinyanın tapşırığı ilə indi atılmasının təsadüfi olmadığı, Qarabağ ermənilərini qorxudaraq geri dönüş məsələsinin bağlanmasına çalışdığı deyilir.
Əliyar Xəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.