Rusiyada şirkətlərin yarısı pulsuzluqdan bayram şənliklərini ləğv edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Rusiyadakı şirkətlərin təxminən yarısı vəsait çatışmazlığı səbəbindən Yeni il korporativ şənliklərini ləğv edib. Sorğunun nəticələrinə görə, işəgötürənlərin 49%-i bu qərarı maliyyə çətinlikləri ilə əlaqələndirib.
Ekspertlər qeyd edirlər ki, büdcədə problemlər yarandığı halda biznes son vəsaitini bayram tədbirlərinə xərcləməyə hazır deyil.
Digər bir sorğunun nəticələrinə əsasən, şirkətlər yaxın gələcəkdə iqtisadi vəziyyətin yaxşılaşacağını gözləmir və xərclərin daha da azaldılmasına hazırlaşırlar.
Xuraman Etibarlı
İnterpress.az