AZ

Ərdoğan beynəlxalq ictimaiyyəti Qəzzada sülh prosesini fəal şəkildə dəstəkləməyə çağırıb

Xalqcebhesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

Beynəlxalq ictimaiyyət Qəzzada sülh prosesinə güclü dəstək verməlidir.

Xalqcebhesi.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabadda keçirilən Beynəlxalq Sülh və Etimad Forumunda bildirib.

"Biz Qəzzada ötən əsrin ən amansız qətliamlarının şahidi olduq. Qəzzada atəşkəsin təmin edilməsi və ehtiyacı olanlara humanitar yardımların çatdırılması bizim əsas prioritetlərimizdəndir. Qəzzada atəşkəs hələ də kövrək olaraq qalır. Ona görə də beynəlxalq ictimaiyyət bu prosesə güclü dəstək verməlidir və bu dəstək davam etməlidir", - Ərdoğan bildirib.

O, Fələstin sakinlərinin sülh prosesinin bütün mərhələlərində iştirakının tərəfdarı olduğunu bildirib. "Əsas məqsəd Fələstin probleminin iki dövlətli həllidir. Beynəlxalq ictimaiyyətin Fələstin xalqı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsinin vaxtı çatıb", - Türkiyə prezidenti qeyd edib.

Forum Aşqabadda keçirilir və bu il qeyd olunan ölkənin neytrallığının 30 illiyinə, həmçinin Beynəlxalq Bitərəflik Gününə (12 dekabr) həsr olunub. Forumun aparıcısı Serdar Berdiməhəmmədov və Rusiya lideri ilə yanaşı tədbirdə Ermənistan, İran, İraq, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə və Özbəkistan prezidentləri, Azərbaycan, Gürcüstan və Pakistanın baş nazirləri iştirak edirlər.

Məryəm Quliyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
37
icma.az

1Mənbələr