AZ

“Tramp Avropa İtitfaqı ölkələrində seçkiyə müdaxilə edə bilməz” –Avropa Komissiyasının sədri

ABŞ prezidenti Aİ ölkələrinin demokratik proseslərinə müdaxilə etməməlidir.

AzPost-un məlumatına görə, Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib.

“Seçkilərə gəldikdə, ölkəyə kimin rəhbərlik edəcəyinə biz yox, xalq qərar verir. Bu, seçicilərin suverenliyidir və o qorunmalıdır. Başqa heç kim müdaxilə etməməlidir”,- fon der Leyen yenilənmiş ABŞ Milli Təhlükəsizlik Strategiyasında Aİ-yə qarşı tənqidlərlə bağlı sualı cavablandırarkən Politico-ya bildirib.

Avropa Komissiyasının rəhbəri həmçinin qeyd edib ki, o, həmişə ABŞ prezidentləri ilə çox yaxşı işgüzar münasibətlərə malik olub və bu münasibətlər bu günə qədər davam edir.

Tramp əvvəllər dəfələrlə Avropanı tənqid edib. Ümumilikdə, o, Politico-ya verdiyi müsahibədə aparıcı Avropa siyasətçilərinin indiki heyətini bəyəndiyini bildirib.

AzPost.az

Seçilən
47
1
azpost.info

2Mənbələr