AZ

ABŞ rəsmisi: “ İraqı  İranın təsirindən azad etməyin vaxtı çatıb” 

Vətəninfo.az xəbər verir ki, ABŞ konqresmeni Co Uilson “X” hesabında bildirib ki, Vaşinqtonun yeni siyasəti İraqın İran təsirindən çıxmasını hədəfləyir.

Onun sözlərinə görə, Milli Müdafiə Səlahiyyəti Qanununa əlavə olunan müddəalar ilk dəfə olaraq İraq təhlükəsizlik qüvvələrinə yardımı Bağdadın İranla əlaqəli yaraqlıları dəstəkləməyi dayandırması şərti ilə məhdudlaşdırır.

Uilson İraqın hazırda Tehranın təsiri altında olduğunu və əhalinin böyük hissəsinin müstəqil, “İranın təsirindən azad” bir ölkə istədiyini deyib.

O, Həşd əş-Şəəbi kimi qrupların dövlət büdcəsi və rəsmi qurumlar vasitəsilə maliyyələşdirilməsinə, eləcə də İrana və müttəfiq qüvvələrə vəsait ötürülməsinə son qoyulmasının vacibliyini vurğulayıb.

Seçilən
68
veteninfo.az

1Mənbələr