Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Ağdam rayonunda dərin hörmət və ehtiramla anılıb.
Adalet.az xəbər verir ki, Ulu Öndərin vəfatının 22-ci ildönümü ilə əlaqədar rayon sakinləri Quzanlı qəsəbəsinin mərkəzi meydanına gələrək, dahi rəhbərin abidəsini ziyarət edib, xatirəsinə hörmət və ehtiramlarını ifadə ediblər.
Ağdam Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, idarə, müəssisə və təşkilatların kollektivləri böyük siyasi xadim Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoyublar.