AZ

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkənin taleyini dəyişən məqam oldu - Azər Qarayev

Bakı. Trend:

Azərbaycan xalqı bu gün Ulu Öndər Heydər Əliyevin xatirəsiniehtiramla anır. Bu gün təkcə bir liderin anım günü deyil - bu günAzərbaycan dövlətçiliyinin taleyini dəyişən, ölkəni parçalanmadanxilas edib sabitlik, inkişaf və strateji istiqamət yoluna gətirənsiyasi iradənin və milli məsuliyyətin xatırlanması günüdür.

Bunu Trend-əaçıqlamasında politoloq Azər Qarayev deyib.

"Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etsə də,müstəqillik təkcə hüquqi akt deyildi - o, ağır məsuliyyət, sərtsınaq, daxili və xarici təzyiqlər, siyasi xaos, sosial-iqtisadiböhran demək idi. Həmin illərdə ölkə bir neçə ağır problemlə eynivaxtda üz-üzə qalmışdı: Qarabağ müharibəsi, işğal, qaçqın vəməcburi köçkün faciəsi, siyasi hakimiyyət böhranı, iqtisadi çöküş,idarəetmə boşluğu, silahlı qrupların meydan sulaması, bölgələrdəmərkəzi hakimiyyətin zəifləməsi. Dövlət institutları faktiki olaraqformalaşmamışdı, qərarların ardıcıllığı yox idi, idarəetmədəparçalanma hökm sürürdü. Ölkənin strateji resursları - xüsusənenerji potensialı - ya düzgün istiqamətləndirilmirdi, ya daqeyri-müəyyənlik səbəbindən beynəlxalq investisiya üçün riskligörünürdü. Azərbaycan üçün ən təhlükəli məqam isə dövlətçiliyin özüidi: ölkə bir tərəfdən müharibənin ağırlığı, digər tərəfdən daxiliçəkişmələr və silahlı qarşıdurmalar fonunda dağılma həddinəyaxınlaşmışdı. Məhz belə bir kritik şəraitdə xalq Heydər Əliyevinsiyasi təcrübəsinə, nüfuzuna, idarəçilik bacarığına ümid etdi.1993-cü ilin hadisələri Azərbaycan tarixində dönüş nöqtəsidir.Heydər Əliyevin hakimiyyətə qayıdışı faktiki olaraq dövlətçiliyinxilasına çevrildi. O zaman məsələ sadəcə siyasi rəhbər dəyişimideyildi - məsələ ölkənin bir dövlət kimi yaşayıb-yaşamayacağı idi",- o bildirib.

Azər Qarayevin sözlərinə görə, Heydər Əliyev hakimiyyətəgəldikdən sonra ilk növbədə dövlətin "nəbzini" bərpa etdi.İdarəetmədə mərkəzləşmə, qanunun aliliyi, silahlı qarşıdurmalarınneytrallaşdırılması, daxili sabitliyin təmin edilməsi əsashədəflərə çevrildi. Bu, həmin dövrün reallıqlarında asan prosesdeyildi. Amma onun siyasi iradəsi bir həqiqəti ortaya qoydu:sabitlik olmadan nə iqtisadiyyat qurmaq olar, nə də müstəqilliyiqorumaq.

"Heydər Əliyevin gəlişindən sonra dövlət institutlarımöhkəmləndirildi, idarəetmədə səriştə və məsuliyyət əsas meyaroldu. Azərbaycan cəmiyyətində “dövlətçilik düşüncəsi”gücləndirildi: vətəndaş dövlətə inanmalı, dövlət vətəndaşaarxalanmalı idi. 1990-cı illərin ortalarından etibarən ölkədəhüquqi və iqtisadi islahatların istiqamətləri müəyyənləşdirildi.Dövlətin əsas prioritetləri formalaşdı, müstəqilliyin dönməzliyi,milli təhlükəsizlik, iqtisadi dirçəliş, enerji strategiyası,beynəlxalq əməkdaşlıq və regionda balanslı siyasət. Bustrategiyanın ən parlaq və həlledici sütunlarından biri enerjisiyasəti idi. Çünki Azərbaycan üçün neft təkcə iqtisadi resursdeyil, dövlətin gələcəyini təmin edən geosiyasi alət idi. 1994-cüildə Heydər Əliyevin liderliyi ilə imzalanan "Əsrin müqaviləsi"Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı oldu. Həmin saziştəkcə neft kontraktı deyildi - bu, Azərbaycanın müstəqil iqtisadisiyasətinin beynəlxalq legitimliyə çıxışı, ölkəyə investor inamınınqaytarılması, enerji sektorunun modernləşməsi və qlobal enerjibazarında Azərbaycanın yerinin möhkəmləndirilməsi demək idi", - obildirib.

A.Qarayev qeyd edib ki, "Əsrin müqaviləsi" ilə Azərbaycandünyanın aparıcı enerji şirkətləri ilə əməkdaşlığa başladı. Buəməkdaşlıq ölkəyə həm maliyyə axınları, həm də texnologiya,idarəetmə təcrübəsi və uzunmüddətli tərəfdaşlıq gətirdi. Ənönəmlisi isə Azərbaycanın beynəlxalq siyasi çəkisi artdı, dünyaAzərbaycanın suverenliyini yalnız diplomatik sənədlərdə deyil,strateji layihələrdə də tanımağa başladı.

"O dövrdə bu qərarı vermək böyük cəsarət tələb edirdi. Çünkiregionda risklər çox idi, daxildə sabitlik yeni bərpa olunurdu,xarici təzyiqlər və şübhələr mövcud idi. Lakin Heydər Əliyev dövlətmarağını qısa müddətli siyasi manevrlərdən üstün tutdu vəAzərbaycanı uzunmüddətli qazanan tərəfə çevirdi. Enerjistrategiyası yalnız müqavilə ilə bitmirdi. Əsas məsələ nefti bazaraçıxarmaq, Azərbaycanın enerji resurslarını dünya bazarınatəhlükəsiz və sabit marşrutlarla çatdırmaq idi. Bu baxımdan borukəməri siyasəti Azərbaycanın geosiyasi mövqeyini gücləndirdi.Heydər Əliyevin təşəbbüsü və siyasi xətti ilə Azərbaycan beynəlxalqenerji layihələrinin mərkəzinə çevrildi. Bu strategiya sonrakıillərdə Bakı–Tbilisi–Ceyhan kimi nəhəng layihələrin reallaşmasına,regionun enerji təhlükəsizliyində Azərbaycanın rolunun artmasınazəmin yaratdı. Azərbaycan nəinki neft ixrac edən ölkə oldu, həm dəenerji təhlükəsizliyi anlayışında etibarlı tərəfdaş statusuqazandı. Bu proseslərin nəticəsində Azərbaycan beynəlxalqmünasibətlər sistemində "geosiyasi körpü" rolunu oynamağa başladı:Şərqlə Qərb arasında enerji, nəqliyyat və iqtisadi əlaqələrdə mühümbəndə çevrildi", - o bildirib.

Politoloq vurğulayıb ki, 1990-cı illərdə Azərbaycan eyni zamandatəhlükəsizlik problemini də həll etməli idi. Müharibə davam edirdi,itkilər ağır idi, cəmiyyətin psixoloji yükü çox böyük idi.

"Heydər Əliyev bu məsələdə də dövlət marağına əsaslanan xəttyürüdürdü: ordunun formalaşdırılması, müdafiə sisteminin qurulması,daxili sabitliyin qorunması və beynəlxalq aləmdə Azərbaycanın haqlımövqeyinin möhkəmləndirilməsi paralel aparılırdı. Bu dövrdə əldəolunan atəşkəs ölkəyə nəfəs verdi: dövlət quruculuğu sürətləndi,iqtisadi islahatlar üçün zaman və imkan yarandı, beynəlxalqlayihələr üçün təhlükəsizlik mühiti formalaşdı. MüstəqilAzərbaycanın hüquqi çərçivəsi və institutları məhz həmin dövrdəformalaşdı. Konstitusiyanın qəbul edilməsi dövlətin hüquqiəsaslarının müəyyənləşdirilməsi, idarəetmə mexanizmlərininsabitləşdirilməsi baxımından tarixi addım idi. Dövlətidarəçiliyində məsuliyyət, qanunun aliliyi və sistemlilikprinsipləri ön plana çəkildi. Ulu Öndər institutların "kağızüzərində" deyil, real işlək mexanizm kimi qurulmasını təmin etdi.Kadr siyasəti də bu strategiyanın tərkib hissəsi idi: peşəkarlıq,dövlətə sədaqət, milli marağa xidmət onun üçün əsas kriteriyalaridi. Heydər Əliyevin dövlətçilik fəlsəfəsində cəmiyyətin birləşməsixüsusi yer tuturdu. O, Azərbaycançılıq ideyasını dövlətin ideolojidayağı kimi formalaşdırdı: bu ideya millətə mənsubiyyətindən asılıolmayaraq hər bir vətəndaşın Azərbaycan dövlətçiliyi ətrafındabirləşməsini, milli həmrəyliyin güclənməsini nəzərdə tuturdu. Dil,mədəniyyət, təhsil, elmin inkişafı, tarixə bağlılıq, milli-mənəvidəyərlərin qorunması onun dövlət siyasətinin mühümistiqamətlərindən idi. Dövlətin gücü yalnız iqtisadi göstəricilərdədeyil, milli kimliyin möhkəmliyində, xalqın özünə inamında ölçülür.Heydər Əliyev bu inamı bərpa etdi. Heydər Əliyevin xarici siyasəti“balanslı və praqmatik” xətt kimi xarakterizə olunur. O, beynəlxalqmünasibətlərdə hesablanmış qərarlar verirdi. Azərbaycanın maraqlarıəsasında müxtəlif mərkəzlərlə əməkdaşlıq quruldu, ölkə beynəlxalqtəşkilatlarda fəallaşdı, regional tərəfdaşlıq mexanizmləriformalaşdı. Bu siyasət Azərbaycanın beynəlxalq təcriddən çıxmasına,etibarlı tərəfdaş kimi qəbul olunmasına, iqtisadi layihələrə dəstəkqazanmasına imkan verdi. Ən əsası isə Azərbaycan öz suverenqərarlarını verən, daxili və xarici siyasətdə müstəqil mövqeyi olandövlət kimi tanındı", - o bildirib.

A.Qarayev qeyd edib ki, Ulu Öndərin ən böyük xidmətlərindən biridə gələcək üçün siyasi davamlılığın təmin edilməsi idi.

"Dövlət idarəçiliyində ardıcıllıq, strateji planlama və millimaraqların qorunması bu gün də Azərbaycanın siyasətinin əsassütunlarıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənininkişafı, güclənməsi, strateji layihələrin genişlənməsi, AzərbaycanOrdusunun gücünün artması və dövlətin beynəlxalq nüfuzununmöhkəmlənməsi həmin siyasi irsin daha da irəli aparılması vəinkişafıdır. Heydər Əliyevin xatirəsini anmaq yalnız keçmişəehtiram deyil. Bu, eyni zamanda dövlətçilik dərsidir. Onun həyatyolu göstərir ki, dövlət qurmaq üçün təkcə niyyət yetmir - siyasiiradə, təcrübə, sistemli düşüncə və milli marağa sadiqlik lazımdır.O, ölkəni ən çətin vaxtlarda toparladı, sabitliyi bərpa etdi,iqtisadi inkişafın yolunu açdı, Azərbaycanın enerji strategiyasınıqlobal səviyyəyə çıxardı və müasir dövlətçiliyin fundamentiniqoydu. Bu gün Azərbaycan Heydər Əliyevin arzuladığı kimi müstəqilqərar verən, öz maraqlarını qoruyan, regional proseslərdə roloynayan, iqtisadi və siyasi gücü artan dövlətdir. Ulu Öndərin adıbu dövlətin tarixində sadəcə bir lider kimi yox, dövlətin özününsimvolu kimi yaşayır. Ulu Öndər Heydər Əliyev xalqın yaddaşındahəmişə dövlətin xilaskarı, Azərbaycanın böyük strateqi və müasirmüstəqil dövlətçiliyimizin memarı kimi qalacaq", - politoloq əlavəedib.

Seçilən
23
1
az.trend.az

2Mənbələr