Dünya ictimaiyyəti hazırda beynəlxalq hüququn zəifləməsi ilə üzləşir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Tacikistan prezidenti Emoməli Rəhmon Aşqabadda keçirilən Beynəlxalq Sülh və Etimad Forumunda bildirib.
Dövlət başçısı qeyd edib: "Bu gün qlobal birlik mürəkkəb geosiyasi rəqabət və beynəlxalq hüququn zəifləməsi ilə üzləşir. Təhlükəsizlik təhdidlərinin və çətinliklərinin yenidən artması ilə yanaşı, çoxsaylı problemlər iqtisadi və sosial inkişaf tempini ləngidən meyllər yaradır. Bu şəraitdə 2025-ci ili Beynəlxalq Sülh və Etimad İli elan etmək təşəbbüsü xüsusi əhəmiyyət kəsb edir", - deyə Rəhmon qeyd edib.