AZ

ABŞ Venesuela nefti daşıyan əlavə tankerləri ələ keçirə bilər Reuters

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

ABŞ yaxın həftələrdə Venesuela nefti daşıyan əlavə tankerləri ələ keçirməyi düşünür.

Bizimyol.info xəbər verir ki, bu barədə 11 dekabrda "Reuters" mənbələrə istinadən məlumat verib.

Mənbələrə görə, Vaşinqton Venesuela prezidenti Nikolas Maduro hökumətinə təzyiqi artırmaq üçün "əlavə tankerləri ələ keçirməyə hazırlaşır".

Agentliyin mənbələri qeyd edir ki, ABŞ hakimiyyəti artıq "növbəti bir neçə həftə ərzində" saxlanıla biləcək bir neçə tankerin siyahısını tərtib edib.

10 dekabrda ABŞ prezidenti Donald Tramp Venesuela sahillərində neft tankerinin saxlanılmasını təsdiqləyib və ABŞ-ın nefti saxlamağı planlaşdırdığını qeyd edib. Tramp həmçinin gəminin sahibi haqqında məlumatların açıqlanacağını bildirib.

Ölkənin baş prokuroru vəzifəsini icra edən ABŞ Ədliyyə Nazirliyi saxlanılan tankerin ABŞ sanksiyalarını pozaraq Venesuela və İrandan neft daşıdığını bildirib. Departament direktoru Pam Bondi həmçinin gəminin "xarici terror təşkilatlarını dəstəkləmək" üçün istifadə edildiyini iddia edib.

Venesuela Xarici İşlər Nazirliyi ABŞ tərəfindən Karib dənizində neft tankerinin ələ keçirilməsini beynəlxalq piratçılıq aktı hesab etdiyini bildirib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
bizimyol.info

1Mənbələr