AZ

Ərdoğan: Türkiyə Ukraynada sülh yolu ilə həll üçün təşəbbüsləri dəstəkləməyə hazırdır

ain.az bildirir, Bizimyol portalına istinadən.

Türkiyə Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün diplomatik təşəbbüsləri dəstəkləməyə hazırdır.

Bizimyol.info xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunu Aşqabadda keçirilən Beynəlxalq Sülh və Etimad Forumundakı çıxışında bildirib.

"Türkiyə olaraq, tariximizin, coğrafiyamızın və sivilizasiyamızın verdiyi məsuliyyətini anlayaraq, sülhün və dialoqun bərpa olmasını təmin etmək üçün var gücümüzlə çalışırıq. Biz şimal qonşularımız Rusiya və Ukrayna arasında müharibənin sona çatmasını ürəkdən arzulayırıq, çünki onlarla uzunmüddətli əlaqələrimiz və qarşılıqlı hörmətə əsaslanan münasibətlərimiz var. Biz, ilk növbədə, İstanbul prosesi çərçivəsində atəşkəs və sülhə yönəlmiş diplomatik təşəbbüslərə konkret dəstək verməyə hazırıq", - deyə Türkiyə lideri bildirib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
40
icma.az

1Mənbələr