AZ

"Arsenal"ın tarixinə düşdü

İngiltərə millisinin və “Arsenal”ın futbolçusu Noni Madueke London klubunun tarixinə düşüb.

"Unikal" OPTA-ya istinadla xəbər verir ki, 23 yaşlı hücumameyilli yarımmüdafiəçi “topçular”ın heyətində ilk 3 qolunu avrokuboklarda (Çempionlar Liqası və Avropa Liqası) vuran yeganə oyunçu olub.

Vinger Çempionlar Liqasının V turunda "Bavariya" ilə görüşdə (3:1) bir, VI turun "Brügge" ilə matçında (3:0) isə iki dəfə fərqlənib.

Qeyd edək ki, Noni Madueke bu mövsüm "Arsenal"ın heyətində bütün turnirlərdə 12 oyuna çıxıb və 3 qol vurub.

Seçilən
18
unikal.az

1Mənbələr