Ağdam, 12 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Xalqımızın böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Ağdam rayonunda dərin hörmət və ehtiramla anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ulu Öndərin vəfatının 22-ci ildönümü ilə əlaqədar rayon sakinləri Quzanlı qəsəbəsinin mərkəzi meydanına gələrək, dahi rəhbərin abidəsini ziyarət edib, xatirəsinə hörmət və ehtiramlarını ifadə ediblər.
Ağdam Rayon İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının rəhbərləri, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, idarə, müəssisə və təşkilatların kollektivləri böyük siyasi xadim Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoyublar.