AZ

“Volkswagen”lə “Porsche” toqquşdu Qaz borusunda yanğın oldu

ain.az xəbər verir, Bakupost saytına əsaslanaraq.

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, B.Çobanzadə küçəsində yol-nəqliyyat qəzasının baş verməsi və nəticədə yanğının yaranması barədə məlumat daxil olub.Bakupost.az FHN mətbuat xidmətinə istinadən xəbər verir ki, məlumatla əlaqədar yanğınsöndürənlər dərhal əraziyə yollanıb.“Məlum olub ki, “Volkswagen” və “Porsche” markalı avtomobillərin toqquşaraq yol kənarından keçən qaz boru kəmərini zədələyib. Nəticədə kəmərdə yanğın baş verib.Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb”, – məlumatda deyilir.Avtomobillər və ətraf ərazilər yanğından mühafizə olunub.***01:18Bakının Nizami rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.APA-nın məlumatına görə, qəza Bəkir Çobanzadə küçəsində baş verib.“Volkswagen” və “Porsche” markalı avtomobillər toqquşub, nəticədə nəqliyyat vasitələrindən biri qaz borusuna çırpılaraq aşıb. Hər iki avtomobil alışıb.“Porsche”nin ayıq sürücü tərəfindən idarə edildiyi bildirilir.Hadisə zamanı ümumilikdə 3 nəfər yaralanıb. Onlardan ikisinə hadisə yerində tibbi yardım göstərilib. Çanaq sümüyü sınan “Porsche”nin sürücüsü xəstəxanaya yerləşdirilib.“Porsche” markalı avtomobilin sahibi bildirib ki, içkili olduğu üçün avtomobili ayıq sürücüyə həvalə edib. Lakin ayıq sürücünün nəqliyyat vasitəsini yüksək sürətlə idarə etdiyi və əks istiqamətə çıxaraq hərəkət etdiyi bildirilir.Məhz bu zaman əks yöndən dönmə əməliyyatı edən digər avtomobillə toqquşma baş verib. Zərbənin təsirindən “Porsche” yol kənarındakı qaz borusuna çırpılıb. Qaz borusunda yaranan alışma nəticəsində yanğın baş qaldırıb və alov hər iki avtomobilə keçib.Milli Məclisdən vitse-spikerə açıqlaması – “Bu, partiyadaxili məsələlərdir”

Xəbər verdiyimiz kimi, Milli Məclis sədrinin müavini, Vətəndaş Həmrəyliyi Partiyasından (VHP) olan deputat Rafael Hüseynov parlamentdə keçirilmiş konfrans zamanı partiya sədri Sabir Rüstəmxanlının çıxışını yarımçıq kəsdiyi üçün VHP vitse-spikerə töhmət verib.Maraqlıdır, məsələ ilə bağlı Milli Məclisin İntizam Komissiyası hansı tədbir görəcək?Parlamentin İntizam Komissiyasının sədr müavini Asim Mollazadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Komissiya bununla bağlı heç bir addım atmağı planlaşdırmır: “Bu, partiyadaxili məsələlərdir, Milli Məclisdəki fəaliyyətə aidiyyəti yoxdur. İntizam Komissiyası təbii ki, heç bir addım atmayacaq”. Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
www.bakupost.az

1Mənbələr