Vaşinqtonun müharibəyə son qoymaq planını bəyənməyən yeganə şəxs Volodimir Zelenskidir.
Ölkə.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.
Onun fikrincə, Zelenskinin komandası isə fərqli münasibət bəsləyir.
“Düşünürdüm ki, Rusiya ilə razılaşmaya çox yaxınıq. Ukrayna ilə razılaşmaya çox yaxınıq. Əslində, Prezident Zelenski istisna olmaqla, onun xalqı bu razılaşmanın konsepsiyasından çox məmnun idi”, - Tramp bildirib.
Tramp diplomatik səyləri öz biznes təcrübəsi ilə müqayisə edərək vurğulayıb ki, Ukraynada müharibəyə son qoymaq daşınmaz əmlak sövdələşməsini bağlamaqdan "min dəfə daha çətindir".
Mürtəza