AZ

Laçın Hava Limanı və Xankəndidə 2,4 milyon manata sərhəd nəzarəti sistemləri quraşdırılacaq

BAKI, 12 dekabr. TELEQRAF

Laçın Hava Limanı və Xankəndidə “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi üzrə sərhəd nəzarəti və sənəd fərdiləşdirmə sistemləri quraşdırılacaq.

Teleqraf xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunukasiya İdarəsi açıq tender elan edib.

Müsabiqənin qalibi olacaq şirkətə avadanlıq, lisenziya və proqram-texniki təminatının alınması üçün 2 milyon 453 min 347,60 manat vəsaitin ödənilməsi nəzərdə tutulur.

Təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi yanvarın 14-nə təyin olunub.

Seçilən
31
teleqraf.com

1Mənbələr