Bakı. Trend:
Azərbaycan və Türkmənistan arasında dərin tarixi köklərə, mənəvivə mədəni dəyərlərə söykənən ənənəvi dostluq və qardaşlıqmünasibətləri mövcuddur.
Trend-inməlumatına görə, bunu Azərbaycan Respublikasının Baş naziri ƏliƏsədov Aşqabadda “Beynəlxalq sülh və etimad ili (2025)”, BeynəlxalqNeytrallıq Günü və Türkmənistanın daimi neytrallığının 30 illiyinəhəsr olunan beynəlxalq forumun plenar iclasında deyib.
Baş nazirin sözlərinə görə, ikitərəfli münasibətlərimiz sonillərdə dinamik inkişaf yolu keçib. İki ölkə liderləri arasında buil baş tutmuş qarşılıqlı səfərlər və görüşlər ikitərəflimünasibətlərdə yeni səhifə açıb, onları strateji tərəfdaşlığınkeyfiyyətcə yeni səviyyəsinə yüksəldib.
“Bu ilin iyul ayında Türkmənistanın Xalq Məsləhətinin sədriQurbanqulu Məlikquluyeviçin Azərbaycana səfəriAzərbaycan–Türkmənistan münasibətlərinin inkişafına misilsiz töhfəverib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də cariildə Türkmənistana işgüzar səfər edib və Azərbaycanın,Türkmənistanın və Özbəkistanın iştirakı ilə üçtərəfli yüksəksəviyyəli görüşdə iştirak edib. Bu tədbir regional əməkdaşlığıngenişləndirilməsi və çoxşaxəli qarşılıqlı fəaliyyətinmöhkəmləndirilməsi üçün mühüm platformaya çevrilib”, - deyə o qeydedib.