AZ

Putin yeni dünya nizamı haqda danışdı KONKRET

ain.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Çoxqütblü dünya dövründə dövlətlərarası münasibətlər bir-birinin maraqlarına hörmət məntiqi üzərində qurulmalıdır”.

KONKRET.az “Teleqraf”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Aşqabadda keçirilən Beynəlxalq Sülh və Etimad Forumunda çıxış edərkən bildirib.

Rusiya lideri deyib ki, BMT öz missiyasını ləyaqətlə yerinə yetirməyə davam edir və o, çox vaxt maraqlar balansını təmin etməyə və bütün tərəflərin mövqeləri və fikirlərini nəzərə alaraq mürəkkəb problemlərə razılaşdırılmış həll yolları tapmağa qadir olan yeganə mexanizmdir.

“Əminik ki, məhz bu məntiqlə BMT Nizamnaməsinin prinsiplərinə əsaslanaraq, çoxqütblü dünyanın yeni dövründə dövlətlər arasında dürüst, açıq və qarşılıqlı faydalı münasibətlər qura bilərik və qurmalıyıq”, – Putin qeyd edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
2
konkret.az

3Mənbələr