Bakı. Trend:
Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda “Abşeron dairəvi xətti”layihəsinin hazırlanmasına texniki yardım göstərir.
Trend bu barədəbanka istinadən xəbər verir.
Yardım AİB-in Xüsusi Texniki Yardım Fondundan ayrılmış 250 000dollar hesabına maliyyələşdirilir və proqramın hazırlanmasının birneçə əsas mərhələsini dəstəkləməyə yönəlib.
AİB-in ekspert dəstəyinə mövcud infrastruktur planlaşdırılmasıüzrə sənədlərin nəzərdən keçirilməsi daxildir; “Azərbaycan DəmirYolları”na (ADY) layihənin icra planının hazırlanmasında metro vəavtobus sistemləri, habelə şəhər və sənaye zonaları iləinteqrasiyanın nəzərə alınması istiqamətində köməkliyingöstərilməsini; sərnişin vaqonlarının alınmasına dair mövcudsənədlərin təhlilini əhatə edir.
AİB-in məlumatına görə, layihə Azərbaycanda səmərəli, müasir vəsərnişin tələblərinə cavab verən dəmir yolu sisteminin inkişafınahədəflənib.
Texniki yardım iki əsas nəticənin əldə edilməsini nəzərdə tutur:“Abşeron dairəvi dəmir yol xətti” üzrə layihənin baş planınınicmalının tamamlanması; infrastrukturun tikintisi üzrəplanlaşdırmanın yekunlaşdırılması.
Görülən işlərin nəticəsi olaraq “Abşeron dairəvi dəmir yoluxətti” proqramının tam icra planı hazırlanacaq.