Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.
Yaponiyanın Aomori prefekturası yaxınlığında 6,7 maqnitudalı zəlzələ qeydə alınıb.
APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb. Zəlzələnin ocağı 18 km dərinlikdə yerləşib.
Kyodo agentliyinin məlumatına görə hadisədən sonra ölkənin şimal və şimal-şərq bölgələri üçün sunami təhlükəsi ilə bağlı xəbərdarlıq elan edilib.
Hazırda xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.