AZ

Sosial şəbəkədə aktiv olan müəllim vəfat edib

Bakıdakı 95 nömrəli orta məktəbin ibtidai sinif müəllimi Ofelya Babayeva vəfat edib.

Modern.az-ın məlumatına görə, bu barədə mərhumun yaxınları bildiriblər.

Onun uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdiyi qeyd olunub.

Qeyd edək ki, sosial şəbəkədə aktiv olan Ofelya Babayeva mütəmadi paylaşımları ilə diqqət çəkirdi. O, 95 nömrəli məktəbdə düzənlənən tədbirlərin əsas təşkilatçı pedaqoqlarından hesab olunurdu.

Allah rəhmət eləsin!

Seçilən
32
10
modern.az

10Mənbələr