AZ

Azərbaycanda titul qazandı, aşağı liqa klubu ilə müqavilə bağladı - FOTO

“Sabah”ın sabiq baş məşqçisi Vasili Berezutski yenidən Rusiyada işləyəcək.

Sportinfo.az xəbər verir ki, 41 yaşlı mütəxəssis birinci liqa təmsilçisi “Ural”ı çalışdıracaq.

Bu barədə Yekaterinburq təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Onun qarşısına yenidən komandanı Premyer Liqaya qaytarmaq məqsədi qoyulub.

V.Berezutskifutbolçu karyerasını başa vurduqdan sonra “Vitess” (Niderland), ÇSKA, “Krasnodar”, “Şanxay Şenxua” (Çin) komandalarında köməkçi məşqçi kimi çalışıb.

O, 2024-2025-ci illərdə “Sabah”ın baş məşqçisi olub və kluba Azərbaycan kubokunu qazandırıb.

"Ural” 21 oyundan sonra 41 xalla Liqa Pari-də 2-ci yeri tutur. Komanda lider “Fakel”dən 7 xal geri qalır.

Seçilən
54
sportinfo.az

1Mənbələr