Baş məşqçi Arne Slot ilə aralarında yaşanan mübahisədən sonra klubdan ayrılacağı gözlənilən Məhəmməd Salahı "Liverpul"da əvəz edəcək oyunçunun kimliyinə aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, informasiyanı "CaughtOffside" yayıb.
Mənbənin məlumatına görə, Mersisayd klubunun rəhbərliyi 33 yaşlı Salahın yerinə əsas namizəd kimi PSJ-nin 23 yaşlı oyunçusu Bredli Barkolu müəyyənləşdirib. Fransa nəhənginin Barkolu buraxmaqda tərəddüd etdiyi bildirilir, lakin hər şey oyunçunun "Liverpul"a keçmək istəyinə bağlıdır.
"Liverpul"un sağ cinahını gücləndirmək üçün alternativ variant "Bornmut"un vingeri Antuan Semenyodur, lakin onun transferi yalnız Barkolla anlaşma alınmayacağı halında nəzərdən keçiriləcək.
Fransalı futbolçu PSJ-yə 2023-cü ildə 45 milyon avroya "Lion"dan keçib. O, bu mövsüm parislilərin heyətində 19 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.
Barkolun Fransa nəhəngi ilə hazırkı müqaviləsinin müddəti 2028-ci ilə qədərdir. "Transfermarkt" onun bazar dəyərini 70 milyon avro qiymətləndirir.