Rusiyanın Tver şəhərində pilotsuz uçuş aparatının yaşayış binasına düşməsi nəticəsində 7 nəfər xəsarət alıb.
APA “İzvestiya”ya istinadən xəbər verir ki, bunu bölgə qubernatorunun səlahiyyətlərini icra edən Vitali Korolyov bildirib.
Xəsarət alanlardan biri uşaqdır, yaralılara xəstəxanada tibbi yardım göstərilir. Binanın sakinləri təxliyə olunub.