AZ

DİQQƏT: Vəfat edən şəxsin pensiyasını birdəfəlik ala biləcəksiniz

Bəzən vəfat etmiş şəxsin həyat yoldaşı və ya digər ailə üzvləri onun pensiyasını almaq üçün illərlə gözləməli olur. Bu isə sosial təminat mexanizmlərinin daha çevik və əlçatan olması ilə bağlı suallar yaradır. Maraqlıdır, gələcəkdə vəfat edən şəxsin pensiya kapitalının müəyyən hissəsinin ailəsinə əvvəlcədən, yəni birdəfəlik ödəniş formasında verilməsi mümkün ola bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Rəşad Həsənov bildirib ki, hazırkı şəraitdə belə bir mexanizmin tətbiqi real görünmür. Onun sözlərinə görə, hökumətin bu istiqamətdəki təşəbbüslərə qarşı mövqeyi, Dövlət Sosial Müdafiə Fondunun gəlirləri ilə xərcləri arasında balanssızlığın davam etməsi və əmək bazarının leqallaşması üzrə nəticələrin hələ də zəif olması bu prosesi yaxın illər üçün qeyri-mümkün edir.

Ekspert qeyd edib ki, ən azı növbəti 5 il ərzində vəfat edən şəxsin pensiya kapitalının tam və ya qismən ailə üzvlərinə birdəfəlik ödənilməsi ilə bağlı hüquqi mexanizmin formalaşması ehtimalı çox aşağıdır:

“Bu gün üçün belə bir təşəbbüsün reallaşması real görünmür. Lakin çox uzunmüddətli dövrdə bu məsələ müzakirəyə çıxa bilər”, – Həsənov vurğulayıb.

Onun sözlərinə görə, hökumətin “Ortamüddətli xərclər çərçivəsi” sənədində də yaşlı əhalinin artması və dövlət sosial müdafiə fondunun gəlir-xərc fərqinin yüksəlməsi ilə bağlı proqnozlara qarşı mövqe sərgiləndiyi görünür. Bu isə uzun müddətdə yeni sosial siyasət modellərinin axtarışına səbəb ola bilər.

Hazırkı mərhələdə isə vəfat etmiş şəxsin pensiya kapitalının ailəyə əvvəlcədən ödənilməsi təşəbbüsünün gerçəkləşməsi çox aşağı ehtimalla qiymətləndirilir.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
9
2
konkret.az

3Mənbələr