Xəbər verdiyimiz kimi, İstanbul Baş Prokurorluğu tərəfindən futbolda mərc oyunları və danışılmış oyunlarla bağlı aparılan istintaqı genişləndirilib.
İstintaq çərçivəsində məşhur futbolçular və klub rəhbərlərinin də daxil olduğu ümumilikdə 20 nəfərin həbs edildiyi bildirilmişdi.
Bəzi KİV-lərdə yer alan xəbərlərə görə, həbs olunan futbolçu Metehan Baltacının mobil telefonunun araşdırılmasından sonra “Qalatasaray”ın futbolçuları Abdülkerim Bardakçı və Barış Alper Yılmazın da istintaqa cəlb edildiyi iddia olunub.
Apasport.az xəbər verir ki, İstanbul Baş Prokurorluğu bu gün yaydığı rəsmi açıqlama ilə sözügedən iddiaları təkzib edib.
Qurum Bardakçı və Barış Alper Yılmaz barəsində hər hansı istintaqın aparılmadığını, mediada yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.
İspaniyalı müdafiəçi daha 6 il “Barsa”da - RƏSMİ
Klub aşağı liqaya düşdü - Azarkeşlər stadionu yandırdı - VİDEO
Messi Hindistandakı heykəlinin açılışında iştirak edəcək
ÇL: Həftənin oyunçusu bəlli olub
Vardi İtaliyada ən yaxşısı seçilib